Kassa metodundan istifadə edən vergi ödəyicisi üçün xərcin çəkildiyi vaxt, başqa hal nəzərdə tutulmayıbsa, xərcin faktiki çəkildiyi vaxt hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Nağd ödəniş zamanı pulun verildiyi, nağdsız ödənişdə isə pul vəsaitinin köçürülməsi barədə tapşırığın müvafiq maliyyə təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır.
Maliyyə öhdəliyi ləğv edildikdə və ya ödənildikdə də xərc həmin öhdəliyin ləğv və ya ödəniş vaxtında çəkilmiş hesab olunur.
Beləliklə, kassa metodunda xərclərin uçota alınması əsasən faktiki ödəniş və öhdəliyin yerinə yetirilməsi ilə əlaqələndirilir.
