Güzəştli VERGİ

24 Sentyabr 2026, 01:14

Güzəştli vergi tutulan xarici ölkə və ya ərazi müəyyən meyarlara cavab verən ölkə və ərazilər hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi dərəcəsi Məcəllədə müəyyən edilmiş dərəcənin 75 faizi və ya daha aşağı hissəsinə bərabər olan ölkələr bu kateqoriyaya daxildir.
Azərbaycanla beynəlxalq müqavilələr çərçivəsində müvafiq standartlara uyğun məlumat mübadiləsi aparmayan ölkə və ərazilər də güzəştli vergi tutulan hesab edilir.
Maliyyə məlumatlarının və ya əmlakın faktiki sahibinin, gəlir və mənfəət götürənin açıqlanmasını məhdudlaşdıran məxfilik qanunları olan ölkə və ərazilər də bu kateqoriyaya aid edilir.