Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi və Azərbaycandakı daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən xərclər çıxılmadan ödəmə mənbəyində vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergitutma gəlirin növündən asılı olaraq müvafiq dərəcələrlə həyata keçirilir.
Dividend və faizlərdən vergi müvafiq olaraq Vergi Məcəlləsinin 122-ci və 123-cü maddələrinə uyğun tutulur.
Qeyri-rezidentlərin digər gəlirləri üzrə də Məcəllədə müəyyən edilən xüsusi vergi dərəcələri tətbiq olunur.