Vergi ödəyicisinin mənfəət və ya gəlir vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərin sonrakı illərə keçirilməsinə məhdudiyyət qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Həmçinin amortizasiya və təmir xərcləri üzrə müəyyən edilmiş normalardan aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər də sonrakı illərin gəlirləri hesabına kompensasiya edilmir.
Bu qayda Vergi Məcəlləsinin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla tətbiq edilir.
Vergi güzəşti olan dövrdə aşağı amortizasiya və təmir normalarından yaranan məbləğlər də güzəşt başa çatdıqdan sonra gəlirdən çıxılan məbləğlərə əlavə edilmir.
