Sığorta haqları üzrə müəyyən öhdəliklərin gəlirdən çıxılmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda təkrarsığorta müqavilələri üzrə təkrarsığorta haqlarına olan öhdəliklərə də şamil edilir.
Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması və xarici sığortaçılarla bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna təşkil edir.
Sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə etdikdə xərclər həmin dövrlər üzrə müvafiq qaydada bölüşdürülür.