Xəzər dənizində zəlzələ qeydə alınıb.
Heftelik.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla saat 10:46 baş verən 3.1 maqnitudalı zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.
Yeraltı təkan hiss olunmayıb.
