Ödəyici tərəfindən birbaşa vəsait alanın xeyrinə nağd formada həyata keçirilən ödəniş əməliyyatları ödəniş xidməti hesab edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Həmçinin yalnız ödəyici və ya vəsait alanın adından müqavilə bağlamaq səlahiyyəti olan ticarət nümayəndəsi vasitəsilə aparılan bəzi ödənişlər də bu kateqoriyaya daxildir.
Ödəniş hesabı olmadan nağd formada aparılan valyuta mübadiləsi əməliyyatları da ödəniş xidməti sayılmır.
Əlavə dəyər vergisinin depozit hesabı və onun qaytarılması ilə bağlı müəyyən əməliyyatlar da bu xidmətlərə aid edilmir.
Akkreditiv, inkasso, çek və veksellərlə aparılan ödəniş əməliyyatları da istisnalar sırasında göstərilib.