Nəzarət subyektlərinin DAİRƏSİ

25 Sentyabr 2026, 01:02

Nəzarət subyektlərinə lisenziya və ya qeydiyyat əsasında fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları, eləcə də ödəniş sistemi operatorları aid edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Qanunda operator ödəniş sisteminin fəaliyyətini təşkil edən və həmin sistemin qaydalarını müəyyən edən şəxs kimi müəyyənləşdirilib.
Ödəniş agenti isə bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə müqavilə əsasında onun adından ödəniş xidmətləri göstərən şəxsdir.
Ödəniş agenti hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs ola bilər.
Beləliklə, qanunda ödəniş xidmətlərinin göstərilməsində iştirak edən əsas subyektlərin hüquqi statusu dəqiqləşdirilib.