Ödəyicinin ödəniş hesabına xidmət göstərən təchizatçı avtorizə edilmiş ödəniş sərəncamını yerinə yetirməkdən imtina edə bilməz. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Bu qayda ödəniş sərəncamının ödəyici, vəsait alan və ya vasitəçi tərəfindən verilməsindən asılı deyil. Təchizatçı yalnız qanunda nəzərdə tutulan hallarda ödəniş sərəncamının icrasından imtina edə bilər. Bununla istifadəçinin avtorizə etdiyi ödənişlərin icrasına təminat yaradılır. Qayda ödəyicinin hesabına xidmət göstərən təchizatçının məsuliyyətini də müəyyən edir.