Hesab üzrə məlumat xidməti təchizatçısı xidmətlərini ödəniş xidməti istifadəçisinin razılığı əsasında göstərməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına digər tərəflərin çıxışının qarşısını almalıdır.
O, ötürülən məlumatların təhlükəsizliyini də təmin etməlidir.
Hər bir kommunikasiya zamanı təchizatçı istifadəçinin hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısı qarşısında özünü eyniləşdirməlidir.
Bu tələblər hesab məlumatlarının icazəsiz əldə edilməsinin qarşısının alınmasına yönəlib.