Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Siyahının hazırlanmasında Vergi Məcəlləsinin 128.2-ci maddəsində müəyyən edilən meyarlar əsas götürülür.
Bu meyarlara aşağı vergi dərəcələri, məlumat mübadiləsinin aparılmaması və müəyyən maliyyə məlumatlarının məxfiliyinin qorunması daxildir.
Belə ölkə və ərazilərə aparılan müəyyən ödənişlər üzrə xüsusi vergitutma qaydaları tətbiq olunur.