Rezident müəssisə və ya sahibkarın riskin sığortası və ya təkrar sığortası müqaviləsinə əsasən qeyri-rezidentə ödədiyi sığorta ödənişindən 4 faiz vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəmə mənbəyində, qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyinə aid olmayan gəliri üzrə hesablanır.
Bu qayda sığorta və təkrar sığorta müqavilələri üzrə həyata keçirilən ödənişlərə şamil edilir.
Beləliklə, rezident müəssisə və sahibkarların qeyri-rezident sığorta şirkətlərinə ödənişləri üzrə vergi öhdəliyi yaranır.
