Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən həmin vergi tutulduqda, dividendi alan şəxsin bu gəlirindən yenidən vergi tutulmur.
Həmin gəlir sonradan yenidən dividend şəklində verildikdə də vergiyə cəlb edilmir.
Beləliklə, eyni dividend gəlirinin təkrar vergiyə cəlb olunmasının qarşısı alınır.