Fiziki şəxslərin müəyyən həyat və pensiya sığortası üzrə ödədikləri haqlar işəgötürən tərəfindən gəlirdən çıxıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu imkan Azərbaycan sığortaçıları ilə ən azı üç il müddətinə bağlanmış müqavilələrə aiddir.
Sığorta ödənişi müqavilənin qüvvəyə mindiyi andan üç il keçdikdən sonra verilməlidir.
Gəlirdən çıxılan sığorta haqqı vergiyə cəlb olunan gəlirin 50 faizindən çox ola bilməz.
