Onkoloji müəssisələr ümumi təyinatlı müalicə-profilaktika müəssisələrinə profilaktik tədbirlərin planlaşdırılması və keçirilməsi üçün təşkilati-metodik yardım göstərməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Onlar bədxassəli şişə şübhəli bilinən şəxslərin hərtərəfli müayinəsini aparmalı və ehtiyac olduqda konsilium keçirməlidirlər.
Onkoloji xəstələrin stasionara yerləşdirilməsi və uyğun müalicənin aparılması da müəssisələrin vəzifələrinə daxildir.
Bununla yanaşı, xəstələrin dispanser müşahidəsi və ambulator müalicəsi təşkil edilməlidir.
