Ödəniş xidməti təchizatçısı müqavilə bağlanmazdan əvvəl öz adı və hüquqi ünvanı barədə məlumat təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçının elektron poçt ünvanı da istifadəçiyə bildirilməlidir.
Bundan başqa, təchizatçıya verilmiş lisenziyanın tarixi və nömrəsi açıqlanmalıdır.
Lisenziyanı verən qurumun adı barədə məlumat da təqdim edilən məlumatlar sırasındadır.
Bu tələblər istifadəçiyə ödəniş xidməti təchizatçısı barədə tam məlumat əldə etmək imkanı yaradır.