Vasitəçi ödəniş sərəncamını ötürdükdən sonra dərhal ödəyiciyə və uyğun olduğu halda vəsait alana müəyyən məlumatları təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Ödəniş sərəncamının ödəyicinin hesabına xidmət göstərən təchizatçıya uğurla ötürülməsinin təsdiqi verilməlidir.
Həmçinin ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsi təqdim edilməlidir.
Ödəniş əməliyyatının məbləği və vasitəçiyə ödənilən xidmət haqqının məbləği də açıqlanmalıdır.
Bu məlumatlandırma ödəniş əməliyyatının nəticəsinin və onunla bağlı xərclərin izlənilməsinə imkan yaradır.