Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması faktı ilə bağlı Qazaxıstan Silahlı Qüvvələrinin 5 məsul şəxsi saxlanılıb.
Heftelik.az “Kazinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Saxlanılan şəxslər xidməti səhlənkarlıq və ağır nəticələrə səbəb olan gəmiçilik qaydalarının pozulmasında şübhəli bilinirlər.
Bildirilir ki, onların arasında Qazaxıstan Hərbi-Dəniz Qüvvələri Baş Komandanının birinci müavini – Qərargah rəisi, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadası bölüyünün və qayığın komandirləri var. Saxlanılan şəxslər təcridxanaya yerləşdiriliblər.
Xatırladaq ki, sentyabrın 24-ü Qazaxıstanın Xəzər dənizində keçirdiyi təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa 19 hərbçini dənizə aparıb. Hadisə nəticəsində 12 hərbi qulluqçu ölüb.
Qazaxıstanda hərbi təlim zamanı 9 hərbçi Xəzərdə boğularaq ölüb, 7 hərbçi itkin düşüb
