17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti matçını keçirib.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb.

Görüş komandamız üçün faciəvi sonluqla yekunlaşıb. Təmsilçilərimiz ilk hissədə 9, ikinci yarıda 7 qol buraxıblar.

Matç rəqibin 16:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu, seçmə mərhələsinin I turunun oyunu olub.