Goranboy rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində qeydə alınıb.
Təxminən 13 yaşlarında olan oğlan uşağını avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qəza nəticəsində həlak olan şəxsin 2013-cü il təvəllüdlü Ə.Əsgərov olması müəyyənləşib.
Faktla bağlı araşdırma başlanılıb.
