Azərbaycanla digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən xidmətlərə görə qeyri-rezidentlərə edilən ödənişlərdən 6 faiz vergi tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi rezident müəssisənin və ya sahibkarın ödədiyi vəsaitdən ödəmə mənbəyində tutulur.
Azərbaycanın hüdudlarından kənarda digər dövlətlərdəki təyinat məntəqələri arasında həyata keçirilən daşımalar bu vergitutmaya aid edilmir.
Azərbaycan ərazisindən tranzit qaydada həyata keçirilən daşımalar üzrə rezidentlərin ödənişləri də bu maddə üzrə vergitutma obyekti sayılmır.
