Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı müəyyən sazişlər üzrə mənfəətin bölüşdürülməsi vergiyə cəlb edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Eyni qayda ixrac boru kəmərləri və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsinə də tətbiq olunur.
Müəyyən hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr də vergiyə cəlb edilmir.
Bu müddəalar Vergi Məcəlləsində nəzərdə tutulan xüsusi hallar üzrə tətbiq edilir.
