İşəgötürənin həyat və pensiya sığortası üzrə ödədiyi haqların gəlirdən çıxılması üçün ödəniş qaydasına da tələb qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə gəlirdən çıxıla bilər.
Bu tələb fiziki şəxsin muzdlu işlə əlaqədar əldə etdiyi gəlirdən çıxılan sığorta haqlarına aiddir.
Beləliklə, nağd və ya digər formada həyata keçirilən ödənişlər bu məqsədlə gəlirdən çıxılma üçün əsas yaratmır.
