Birbaşa debitləşmə ödəyicinin ödəniş hesabının əvvəlcədən verilmiş razılığa əsasən debitləşdirilməsi üçün istifadə olunan ödəniş alətidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu zaman razılıq ödəyici, vəsait alan və ya onların ödəniş xidməti təchizatçısına əvvəlcədən verilə bilər.
Dövri ödəniş isə ödəyici tərəfindən əvvəlcədən müəyyən edilmiş məbləğdə və ya məbləğ limiti çərçivəsində mütəmadi həyata keçirilən ödənişdir.
Dövri ödənişlər vəsait alanın xeyrinə həyata keçirilir.
Qanunda bu anlayışların ayrıca müəyyənləşdirilməsi ödənişlərin aparılması zamanı tərəflərin hüquq və öhdəliklərinin dəqiqləşdirilməsinə xidmət edir.