Ödəniş aləti ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamının verilməsi məqsədilə istifadə olunan fərdiləşdirilmiş alət və ya prosedurlar toplusudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Ödəniş aləti ödəniş xidməti təchizatçısı ilə razılaşdırılmış olmalıdır.
Qanunda ödəniş əməliyyatı da ayrıca anlayış kimi müəyyənləşdirilib.
Ödəniş əməliyyatı ödəyici və vəsait alan arasında öhdəliyin mövcudluğundan asılı olmayaraq vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsidir.
Belə əməliyyat ödəyicinin və ya vəsait alanın təşəbbüsü ilə həyata keçirilə bilər.