Ödəniş xidməti istifadəçisi icra edilməyən və ya səhv icra edilən əməliyyatla bağlı təchizatçıdan ödəniş məbləğini tələb edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. İstifadəçi xidmət haqqı və digər xərclərin də ödənilməsini tələb etmək hüququna malikdir. Bundan əlavə, həmin şəxs Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq faizlərin ödənilməsini tələb edə bilər. Bu hüquq pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi hallarına da aiddir. Beləliklə, istifadəçinin pozulmuş maliyyə hüquqlarının bərpası üçün əlavə tələb imkanları müəyyənləşdirilir.