Ödəniş xidməti təchizatçısı istifadəçinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə bilməz. Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb. Təchizatçı həmin vəsaitlərdən istifadə istiqamətlərinə nəzarət etmək hüququna da malik deyil. İstifadəçinin pul vəsaitinə sərəncam vermək hüququ da məhdudlaşdırıla bilməz. Belə məhdudiyyət yalnız qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda mümkündür. Bununla istifadəçinin öz vəsaiti üzərində sərəncam hüququ qorunur.