Hesab üzrə məlumat xidməti təchizatçısı yalnız sorğu edilmiş ödəniş hesablarına çıxış əldə edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı həmin hesablarla əlaqəli ödəniş əməliyyatları barədə məlumatlara da çıxış əldə edə bilər.
Bununla yanaşı, ödəniş hesabları ilə bağlı həssas ödəniş məlumatlarının tələb edilməsi qadağandır.
Təchizatçı hesaba xidmət göstərən qurum və istifadəçi ilə təhlükəsiz şəbəkə kanalları vasitəsilə əlaqə saxlamalıdır.
Bu qaydalar məlumatlara çıxışın yalnız xidmətin məqsədləri ilə məhdudlaşdırılmasını təmin edir.