İstifadəçinin tələbi ilə qanunda nəzərdə tutulan məlumatlardan əlavə məlumatlar təqdim edildikdə xidmət haqqı müəyyən edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bunun üçün xidmət haqqının tutulması müqavilədə nəzərdə tutulmalıdır.
Məlumatların qanunda və ya müqavilədə müəyyən ediləndən daha tez-tez təqdim olunması da ödənişə səbəb ola bilər.
Həmçinin məlumatların müqavilədə nəzərdə tutulmayan əlaqə vasitəsi ilə ötürülməsi üçün xidmət haqqı müəyyən edilə bilər.
Belə hallarda ödənişin tutulması yalnız istifadəçinin müraciəti əsasında həyata keçirilə bilər.