Ödəniş sərəncamı vasitəçi tərəfindən verildikdə, ödəniş əməliyyatının eyniləşdirilməsi üçün istinad nömrəsi müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Vasitəçi həmin istinad nömrəsini ödəyicinin hesabına xidmət göstərən ödəniş xidməti təchizatçısına təqdim etməlidir.
İstinad nömrəsi ödəniş əməliyyatının sonrakı mərhələlərdə müəyyənləşdirilməsinə imkan verir.
Bu nömrə həmçinin ödəyici və vəsait alan üçün əməliyyatın izlənilməsini asanlaşdırır.
Belə tələb vasitəçi vasitəsilə həyata keçirilən ödənişlərin şəffaflığının təmin edilməsinə yönəlib.