İstifadəçiyə göstərilən ödəniş xidmətləri barədə əvvəlcədən məlumat təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Ödəniş sərəncamının düzgün verilməsi və ya icrası üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici də bildirilməlidir.
Ödəniş sərəncamının verilməsi, ondan imtina və gerigötürülməzliyi qaydaları barədə də məlumat təqdim olunur.
Bununla yanaşı, sərəncamın icraya qəbulu vaxtı və icra müddəti istifadəçiyə açıqlanmalıdır.
Ödəniş alətindən istifadə edildikdə onun xüsusiyyətləri barədə məlumatın verilməsi də nəzərdə tutulur.
