Onkoloji müəssisələr əhali arasında sanitar-maarifləndirmə işlərinin aparılmasını təmin etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Onlar həkimlərin və orta tibb işçilərinin hazırlanmasına şərait yaratmalıdırlar.
Müəssisələr onkoloji xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üzrə tibb işçilərinin ixtisaslarının artırılmasını da təmin etməlidirlər.
Bu vəzifələr onkoloji yardımın keyfiyyətinin yüksəldilməsinə və tibbi kadrların peşəkarlığının artırılmasına yönəlib.