Onkoloji xəstələrin müalicəsi onların özlərinin və ya ailə üzvlərinin yazılı razılığı əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
18 yaşına çatmamış onkoloji xəstələrin müalicəsi isə valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə aparılır.
Xəstənin həyat və sağlamlığı üçün ciddi təhlükə yarandıqda uyğun müalicə yazılı razılıq olmadan da həyata keçirilə bilər.
Bu qaydalar müalicə zamanı xəstələrin və onların qanuni nümayəndələrinin razılıq hüququnu tənzimləyir.
