Bank, ödəniş təşkilatı və elektron pul təşkilatı müəyyən ödəniş xidmətlərinin göstərilməsi üçün ölkə daxilində ödəniş agenti cəlb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bank və elektron pul təşkilatı eyni zamanda elektron pulun satışı və qalıq dəyərinin geri ödənilməsi üçün də ödəniş agentindən istifadə edə bilər.
Ödəniş xidməti təchizatçısı cəlb etdiyi agentlərin ödəniş xidmətləri üzrə fəaliyyətinə görə tam məsuliyyət daşıyır.
Bu, agent tərəfindən həyata keçirilən əməliyyatların məsuliyyətinin əsas ödəniş xidməti təchizatçısından kənarda qalmamasını təmin edir.
Ödəniş agentlərinin cəlb edilməsi və fəaliyyəti Mərkəzi Bankın müəyyən etdiyi tələblər əsasında həyata keçiriləcək.