Ödəniş təşkilatı və elektron pul təşkilatı müəyyən ödəniş xidmətləri göstərərkən maliyyə təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təşkilatlar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət etməlidirlər.
Həmçinin hədəfli maliyyə sanksiyaları və valyuta tənzimi ilə bağlı qanunvericiliyin müddəaları nəzərə alınmalıdır.
Bu qaydalar ödəniş sistemlərindən qanunsuz maliyyə əməliyyatları üçün istifadənin qarşısının alınmasına yönəlib.
Qanunun tələblərinə uyğun olaraq müvafiq normativ xarakterli aktların şərtləri də təşkilatlar üçün məcburi olacaq.

