Məşhurların səhnədə və kamera qarşısında qüsursuz görünməsinə baxmayaraq, onların gündəlik həyatda olduqca qəribə vərdişləri də var.

Heftelik.az Lent.az-a istinadən bəzi dünya ulduzlarının özlərinin açıqladığı qeyri-adi vərdişləri təqdim edir.

Cessika Simpson müsahibələrinin birində dişlərini demək olar ki, fırçalamadığını etiraf edib. Müğənninin sözlərinə görə, o, bunun əvəzinə əsasən ağız yaxalayıcı vasitələrdən istifadə edir.

Ledi Qaqa isə Alan Karrla söhbəti zamanı qrim otağında bəzən tualet əvəzinə zibil qabından istifadə etdiyini açıqlayıb.

Metyu Makkonahi uzun illərdir qoltuaqaltı sprey istifadə etmədiyini gizlətmir. Aktyor, həmçinin üz və bədən üçün bəzi qulluq vasitələrini özü hazırladığını deyib.

Müğənni Lizzo da qolaltı spreydən istifadə etməməyi üstün tutan məşhurlar sırasındadır. O, bu məsələdə Makkonahinin yanaşmasını dəstəklədiyini bildirib.

Selena Qomesin həyat yoldaşı Benni Blanko isə saçları daim şampunla yumağın və hər dəfə saçqurudan fendən istifadə etməyin vacib olduğuna inanmadığını deyib.

Bredli Kuper də qolaltı sprey və ətirdən istifadə etmədiyini açıqlayan məşhurlardandır. Aktyor müsahibələrindən birində bədəninin özünü təmizlədiyini düşündüyünü söyləyib.