Qubada müəmmalı ölüm

29 Sentyabr 2026, 11:21

Qubada gənc oğlan qəfil vəfat edib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib.

2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb.

Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin edilib. Araşdırma aparılır.