Emitent elektron pul almaq istəyən şəxsə emissiyadan əvvəl əsas şərtlər barədə məlumat təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Məlumat kağız və ya digər davamlı daşıyıcıda təqdim olunmalı və emitentin adı ilə hüquqi ünvanını əhatə etməlidir.
Həmçinin elektron pulun emissiyası və istifadəsi, qalıq dəyərinin geri qaytarılması və tətbiq edilən haqlar barədə məlumat verilməlidir.
Elektron pul sahibinin müraciətlərinin qəbulu və təhlükəsizlik tələbləri də əvvəlcədən açıqlanmalıdır.
Bundan başqa, əməliyyatlar və elektron pulun qalıq dəyəri barədə məlumatların təqdim edilməsi qaydası da istifadəçiyə bildirilməlidir.
