Ödəniş agenti vasitəsilə xidmət göstərməyə başlamazdan əvvəl bank, ödəniş təşkilatı və elektron pul təşkilatı bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Məlumata agentlə bağlanmış müqavilənin əsli və ya təsdiq edilmiş surəti, həmçinin agentin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiqləyən sənədlər əlavə edilməlidir.
Mərkəzi Bank müraciət daxil olduğu gündən 10 iş günü ərzində ödəniş agentini müvafiq Reyestrə daxil edir.
Agent reyestrə daxil edilmədən ödəniş xidmətləri göstərə bilməz.
Beləliklə, ödəniş agentlərinin fəaliyyətə başlaması üçün əvvəlcədən dövlət qeydiyyatı xarakterli prosedurun tamamlanması tələb olunur.