Ödəniş təşkilatı və elektron pul təşkilatının ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı istifadəçidən qəbul etdiyi pul vəsaiti depozit hesab olunmur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Həmin vəsaitin saxlanmasına görə istifadəçiyə faiz və ya hər hansı digər formada gəlir ödənilməsi qadağandır.
Bundan başqa, qəbul edilmiş pul vəsaiti hesabına kredit verilməsi də mümkün deyil.
Ödəniş hesabına elektron pulun emissiyası xidməti istisna olmaqla, pul vəsaiti yalnız ödəniş əməliyyatının həyata keçirilməsi məqsədilə mədaxil edilir.
Bu yanaşma istifadəçilərin ödəniş üçün təqdim etdiyi vəsaitin başqa məqsədlərlə istifadəsini məhdudlaşdırır.