Emitentin öz təsərrüfat subyektlərində malların alqı-satqısı və xidmətlərin göstərilməsi üzrə hesablaşmalarda istifadə olunan ödəniş alətlərinə əsaslanan xidmətlər ödəniş xidməti hesab edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Mobil rabitə operatorlarının müəyyən ödəniş əməliyyatları da bu kateqoriyaya aid edilir.
Buraya telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alışı ilə bağlı müəyyən ödənişlər daxildir.
Xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatları da müəyyən edilmiş məbləğ həddini aşmadıqda istisna təşkil edir.
Bu əməliyyatların məbləği Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilən həddən artıq olmamalıdır.
