Ödəniş hesabı ödəniş əməliyyatlarının aparılması üçün bir və ya bir neçə ödəniş xidməti istifadəçisinə açılan hesabdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Ödəniş xidməti isə ödəniş xidməti təchizatçısı tərəfindən Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan xidmətlərdir.
Ödəniş xidməti istifadəçisi ödəyici və ya vəsait alan qismində ödəniş xidmətlərindən istifadə edən şəxs hesab olunur.
Ödəniş xidməti təchizatçısı isə Qanuna uyğun olaraq istifadəçiyə ödəniş xidmətləri göstərən şəxsdir.
Bu anlayışlar ödəniş xidmətlərində istifadəçi, hesab və xidmət təchizatçısı arasındakı münasibətlərin hüquqi əsaslarını müəyyən edir.
