Kiçik həcmli ödəniş alətindən istifadə edildikdə istifadəçiyə təqdim olunan məlumatlara dair xüsusi qaydalar tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Təchizatçı yalnız ödəniş alətinin xüsusiyyətləri, istifadəsi və tərəflərin məsuliyyəti barədə əsas məlumatları təqdim etməlidir.
Tətbiq edildikdə xidmət haqları barədə məlumat da istifadəçiyə verilməlidir.
Qanunun 15-ci maddəsində nəzərdə tutulan digər məlumatların isə istifadəçi üçün əlçatanlığı təmin edilməlidir.
Müqavilədə nəzərdə tutulduğu halda əməliyyatdan sonra ayrıca məlumatlandırma əvəzinə istinad nömrəsi, əməliyyat məbləği və xidmət haqları barədə məlumat təqdim edilə bilər.