Ödəniş xidmətlərinin göstərilməsi üçün tutulan xidmət haqları və onların ödənilməsi qaydası istifadəçiyə bildirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda əksini tapıb.
Bu tələb yalnız xidmət haqqının tətbiq edildiyi hallara şamil olunur.
Valyuta mübadiləsi aparıldıqda tətbiq edilən məzənnə barədə də məlumat təqdim edilməlidir.
İstinad olunan valyuta mübadiləsi məzənnəsində dəyişikliklərin tətbiqi qaydası da əvvəlcədən açıqlanmalıdır.
Belə məlumatların təqdim edilməsi istifadəçinin ödəniş üzrə mümkün xərcləri əvvəlcədən bilməsinə imkan verir.