Ümumi təyinatlı müalicə-profilaktika müəssisələri 25 yaşından yuxarı qadınların sitoloji müayinəsini təşkil etməli və aparmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Bədxassəli şiş əlamətləri aşkar olunan xəstələr əlavə müayinə üçün onkoloji müəssisələrə göndərilməlidirlər.
Onkoloji xəstəliklərin yaranması ilə bağlı risk qrupuna daxil olan şəxslərin dispanser müşahidəsi aparılmalıdır.
Bu müəssisələr həmçinin sağlam həyat tərzinin vacibliyi barədə sanitar-maarifləndirmə işləri həyata keçirməlidirlər.

