Onkoloji yardım göstərən dövlət tibb müəssisələrində xəstələrin dərman vasitələri ilə təminatı müəyyən edilmiş qaydada həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin siyahısı və miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu siyahıya narkotik və qeyri-narkotik ağrıkəsici preparatlar da daxildir.
Dərman təminatı onkoloji yardım göstərən dövlət tibb müəssisələrində müəyyən olunmuş qaydalara uyğun təşkil edilir.