“Onkoloji yardım haqqında” qanun Azərbaycan Respublikasının vətəndaşlarına şamil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Onkoloji yardım haqqında” qanunda əksini tapıb.
Qanun Azərbaycanın ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aiddir.
Eyni zamanda, təşkilati-hüquqi formasından asılı olmayaraq onkoloji xəstəliklərin profilaktikası və müalicəsi ilə məşğul olan fiziki və hüquqi şəxslər də qanunun tətbiq dairəsinə daxildir.
Beləliklə, qanun həm xəstələrin hüquqi statusunu, həm də onkoloji sahədə fəaliyyət göstərən şəxslərin fəaliyyətini əhatə edir.