Mənəvi cəhətdən köhnəlmiş, dəbdən düşmüş və ya qüsurlu malların dəyəri müəyyən hallarda onların satıla biləcəyi qiymət əsas götürülməklə qiymətləndirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu qayda istehsalına çəkilən xərclərdən və ya satınalma qiymətindən yüksək qiymətə satılması mümkün olmayan mallara da tətbiq edilir.
Belə qiymətləndirmə malların real satış imkanlarının uçotda nəzərə alınmasına şərait yaradır.
Vergi ödəyicisi müvafiq hallarda əmtəə-material ehtiyatlarının dəyərini onların faktiki satıla biləcəyi qiymət əsasında müəyyən edə bilər.
