Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, gəliri almaq hüququnun əldə edildiyi hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəyicisinin əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirməsi də gəlir almaq hüququnun yaranmasına əsas verir.
Bu halda gəlirin faktiki olaraq ödənilib-ödənilməməsi hesablama metodunda əsas meyar sayılmır.
Müvafiq gəlir hüququ yarandığı hesabat dövründə vergi uçotunda nəzərə alınır.

