Vergi ödəyicisi vergitutma məqsədləri üçün gəlirlərinin və xərclərinin sənədləşdirilmiş məlumat əsasında vaxtında və dəqiq uçotunu aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Gəlir və xərclər istifadə olunan uçot metoduna uyğun olaraq onların əldə edildiyi və ya çəkildiyi hesabat dövrünə aid edilir.
Hüquqi və fiziki şəxslər gəlir və xərclərin uçotunu Azərbaycan qanunvericiliyinə uyğun aparırlar.
Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinin müddəalarına əsasən müəyyən edilir.